• https://www.facebook.com/necdetunuvar
  • https://www.twitter.com/@necdetunuvar
  • https://www.instagram.com/necdetunuvar
  • https://www.youtube.com/channel/UCjxIt73RTZjCQlvxODKl-mQ

“A24.az”məlumat verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvarın Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı məktubunda deyilir.

“A24.az”məlumat verir ki,  bu barədə Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvarın Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı məktubunda deyilir.

N. Ünüvar bildirib ki, Xocalıda yalnız Azərbaycan türkləri deyil, bütün türk və müsəlmanlar da qətlə yetirilib: “Bu qətliam bütün dünyanın gözü qarşısında baş verib və inkarı mümkün olmayan sənədlər ortadadır. İnsanlıq tarixi 100 illər boyunca neçə dəfə can itkisinə şahidlik edib. Millətimiz və ümmətimizin tarixində də gözlərimizi dolduran, içimizi sızladan bel hadisələr mövcuddur. Bu kədərli hadisələrdən biri də şübhəsiz ki, yaxın tarixdə baş vermiş Xocalı faciəsidir. 106-sı qadın, 83-ü uşaq olmaqla 613 Azərbaycan türkü işgəncələrlə öldürülüb. Qadın, uşaq, kişi demədən Xocalıda yaşayan sivil əhalinin kütləvi qətli, 487 nəfərin yaralandığı və 1275 nəfərin girov götürüldüyü, 150 nəfərin itkin düşdüyü bu vəhşilik şahidlərinin zehnindən hələ də getmir. Xocalıda yaşananlar planlı qətliam olub və beynəlxalq sənədlərə əsasən insanlığa qarşı cinayətdir. Ancaq bu cinayəti törədənlər müxtəlif platformalarda etiraflarına baxmayaraq, cəzasız qalıblar. Ermənistanın işğal etdiyi və Xocalının da daxil olduğu Azərbaycan torpaqlarının tez bir zamanda azad edilməli olduğuna inanır bu məsələdə BMT daxil olmaqla beynəlxalq təşkilatları vəzifələrini icra etməyə dəvət edirəm”.
http://a24.az/?p=32446

Türkiyəli deputat parlamentdə Xocalını belə yad etdi

Necdət Ünüvar Xocalı soyqırımı qurbanlarına ehtiram olaraq əlində Azərbaycanın və Türkiyənin bayraqları və qərənfil dəstəsi ilə parlament tribunasına qalxıb

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar Xocalı soyqırımı qurbanlarına ehtiram olaraq əlində Azərbaycanın və Türkiyənin bayraqları və qərənfil dəstəsi ilə ölkə parlamentinin tribunasına qalxıb.

“A24.az” AZƏRTAC-a istinadən xəbər verir ki, o, vətən uğrunda şəhid olan Azərbaycan və Türkiyə əsgərlərinin ruhu qarşısında sayğı ilə baş əyərək, Xocalı soyqırımını pisləyib, məqsədyönlü şəkildə törədilən bu cinayətin səbəb və nəticələrindən danışıb. Deputat qeyd edib ki, Xocalı şəhəri ermənilərin işğal altında saxladığı Azərbaycan ərazisində strateji məkan olması, burada hava limanının mövcudluğu və digər səbəblərdən təcavüzə məruz qalıb. “Xocalı soyqırımı Azərbaycan və Türkiyənin ortaq dərdi, sağalmaz yarasıdır”, deyən Necdət Ünüvar rəyasət heyətinə və həmkarlarına iki qardaş ölkənin bayraqlarını və qərənfil hədiyyə edib.



678 kez okundu

Yorumlar

Henüz yorum yapılmamış. İlk yorumu yapmak için tıklayın